Vergilər Nazirliyi 2013-cü ilin yanvar-sentyabr aylarında 43,756 min obyektdə operativ vergi nəzarəti tədbirləri həyata keçirib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 42,7% çoxdur.
“Cari ilin 9 ayı ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ümumilikdə vergi orqanları üzrə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə tətbiq edilmiş və ötən dövrlərdən ödənilməmiş 13 mln. 108,9 min manat məbləğində maliyyə sanksiyalarından 10 mln. 178,1 min manatının ödənilməsi təmin edilib”, - deyə Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi İlham Əmirəliyev “Vergilər” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hesabat dövründə valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları üzrə 318,9 min manat məbləgində inzibati cərimə tətbiq edilib və vergi ödəyiciləri tərəfindən bu məbləğin 179,2 min manatı ödənilib.
Bundan başqa, 9 ay ərzində vergi orqanlarında uçota durmadan sahibkarlıqla məşğul olan şəxslərə 87,4 min manat maliyyə sanksiyası tətbiq edilib.