Suriyada kimyəvi silah istehsalı üçün bütün güclər və kimyəvi preparatların qarışdırılması üçün avadanlıqlar ləğv edilib. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı cümə axşamı Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) nümayəndələrinə istinadən məlumat verib.
“KSQT nümayəndələri bütün 23 obyektdə yoxlama apararaq kimyəvi maddələrin istehsalı, qarışdırılması və daşıyıcıların doldurulması üçün bütün avadanlığın məhv edilməsinə əmin olublar”, - deyə təşkilatın bəyanatında qeyd edilir.
O da bildirilir ki, beynəlxalq müfəttişlər qrupu Suriya ərazisində kimyəvi silahın saxlanıldığı mövcud 23 obyektin 21-də yoxlama aparıb.
Qalan iki obyekti yoxlamaq çox təhlükəlidir. Lakin kimyəvi avadanlıq oradan çıxarılıb və artıq yoxlanılan digər obyektlərə aparılıb.