Son 14 ildə ilk dəfə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan dörd qadın deputat parlamentin iclasına hicabda gəlib. Bu barədə cümə axşamı Türkiyənin “Hürriyyət” qəzeti məlumat verib.
Bu, Türkiyə parlamenti tərəfindən dövlət qulluqçularının baş örtüyündən istifadə etməsinə qoyulmuş və bir neçə onillik ərzində qüvvədə olan qadağanın sentyabrın sonunda ləğv etməsi nəticəsində mümkün olub.
Bu təşəbbüs Türkiyənin siyasi dairələrində birmənalı qarşılanmayıb. Belə ki, ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğan qadağanın ləğv edilməsini alqışlayıb, lakin bu, onun əleyhdarlarının narazılığına səbəb olub.
Qərb mətbuatı qeyd edir ki, Türkiyədə baş örtüyü xüsusi simvolik məna kəsb edir. Belə ki, sekulyaristlər bunu müsəlman dəyərlərinin siyasi üsullarla önə çəkilməsi simvolu hesab edirlər.
Sonuncu dəfə qadın deputatın Türkiyə parlamentinə hicabla daxil olması halı 1999-cu ildə yaşanmışdı. O zamanlar Fəzilət Partiyasının üzvü Mərvə Kavakçı andiçmə mərasiminə hicabla gəlmişdi. Bu, deputatların narazılığına səbəb olmuş və bir qədər sonra onu deputat mandatı və Türkiyə vətəndaşlığından məhrum etmişdilər.