SOCAR şirkətinin (Azərbayan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyi “Palçıq Pilpiləsi” yatağındakı quyunu geoloji tədbirdən sonra istismara verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
1300 nömrəli quyu 1005 nömrəli meydançadan qazılıb.
Həyata keçirilmiş geoloji tədbirlərdən sonra quyunun sutkalıq neft hasilatı 5 ton təşkil edir
SOCAR geoloji tədbirlərin xarakteri barədə məlumat vermir.
“Palçıq Pilpiləsi” yatağı “Neft Daşları” yatağı ilə yanaşı yerləşir və 1949-cu ildən işlənməyə başlayıb. İstismar müddətində “Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarından 173 mln. tondan çox neft hasil edilib. Yataqların təxminən 30 mln. ton qalıq neft ehtiyatı var.