SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyi “Naftalan-Şimali Naftalan” yatağında tədqiqatlara dair seysmik məlumatların işlənməsini və interpretasiyasını başa çatdırıb. Bu barədə “Azneft”in məlumatında deyilir.
“Aparılmış tədqiqatlar əsasında “Naftalan-Şimali Naftalan” yatağının geoloji quruluşu dəqiqləşdirilib, eləcə də mövcud tektonik kəsiklər, onların amplitudası və istiqamətləri müəyyən olunub. Neft laylarının yayılma arealı proqnozlaşdırılıb”, - deyə məlumatda qeyd edilir.
“Naftalan” yatağı Bakıdan 320 km məsafədə və “Muradxanlı” yatağından 130 km şimal- qərbdə yerləşir.