52 yaşlı vəkil Bill de Blazio Nyu-Yorkun meri vəzifəsinə keçirilən seçkilərdə qalib gəlib. Bu məlumatı BBC telekanalı yayıb.
O, 1989-cu ildən bəri bu şəhərin meri vəzifəsinə seçilmiş ilk demokrat olacaq.
İlkin məlumatlara görə, B.Blazio rəqibi respublikaçı Cou Lotadan 40% çox səs toplayıb. Nyu-Yorkun indiki meri Maykl Blumberq üç dəfə bu vəzifəyə seçilib.
Çərşənbə axşamı ABŞ-ın bir neçə böyük şəhər və ştatında seçkilər keçirilib.