Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) Suriyadakı missiyasının maliyyələşdirilməsi üçün vəsaiti yalnız bu ayın sonuna qədər kifayət edəcək. Bu barədə "Əl-Ərəbiyə" kanalı məlumat verir.
“Katibliyin qiymətləndirmələrinə görə, mövcud ehtiyatlar oktyabr və noyabr aylarında Suriyada əməliyyatları davam etdirmək üçün kifayətdir”, - deyə kanal KSQT-nin 25 oktyabr tarixli sənədinə istinadən bildirib.
Bundan başqa, sənəddə deyilir ki, Suriyada kimyəvi silahların məhv edilməsinin maliyyələşdirildiyi fond oktyabrın sonunda 4 mln. avro təşkil edib.