Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti noyabrın 7-8-də İndoneziyada keçiriləcək Demokratiya Forumunda iştirak etmək üçün çərşənbə günü bu ölkəyə yola düşüb. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
İllik əsasda keçirilən Demokratiya Forumunun builki mövzusu “Plüralist cəmiyyətdə demokratiyanın gücləndirilməsi” olacaq.
Demokratiya Forumu 2008-ci ildə İndoneziyanın təşəbbüsü ilə keçirilməyə başlayıb. Forumun məqsədi bərabərlik, qarşılıqlı hörmət və anlaşma prinsiplərinə hörmət əsasında dialoq və qabaqcıl təcrübəni bölüşmək vasitəsilə sülh və demokratiya sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.