ОАО VTB Bank (Azerbaijan) bankı fiziki şəxslərə təklif olunan xidmətlər siyahısına yeni əmanət məhsulu olan “Universal” depozitini əlavə etmişdir. Müddəti 36 ayadək olan “Universal” əmanəti uzun müddətli yığım depozitidir. Müvafiq məhsul maliyyə bazarında mövcud, müddəti 1-2 il olan əmanətlərdən sərfəli şərtləri ilə əhəmiyyətli dərəcədə seçilir.
6 aydan 36 ayadək yerləşdirilən bu əmanətin minumum məbləği 300 manat təşkil edir. Həmçinin, əmanətin artırılması depozitin müddətinin birinci yarısında həyata keçirilə bilər. Bu zaman artırılmanın minimal məbləği 100 AZN(USD)-dir. Əmanətin məbləği 1000 AZN (USD)-dən artıq olduqda, məbləğdən asılı olaraq əmanətçiyə pulsuz “Viza Classic” və ya “Viza Gold” plastik kartı təqdim edilir. Faizlərin ödənilməsi müddətin sonunda və ya aylıq həyata keçirilir. Faizlər müştərinin istəyindən asılı olaraq cari hesaba və yaxud kart hesabına köçürülə bilər.
Pərakəndə biznesin inkişafı Departamentinin Direktoru İlnur Salahov: “Bizim əmanət müştərilərə sərbəst vəsaitlərini sərfəli şərtlərlə yerləşdirməyə imkan verəcəkdir. Faktiki yeni – “maliyyə konstruktoru” kimi geniş funksiyalara malik olan müvafiq məhsul vasitəsilə, müxtəlif opsiyalardan(funksiyalardan): əmanətin məbləği, depozitin müddəti, əlavə artım, müddət bitməmiş vəsaitin qismən çıxarılması, faizlərin vaxtaşırı ödənilməsi, əmanətin müddətinin uzadılması və digər şərtlərdən istifadə edərək Siz istənilən pul vəsaitinizi hərəkətə gətirə bilərsiniz. Bundan başqa, depozit üzrə faizləri təqdim olunan əlavə karta köçürülməsini təmin etmək mümkündür ki, bu da müştərinin banka yaxınlaşmadan faizlərini almasına və vaxtını itriməməsinə imkan verir. Yuxarıda sadalanan üstünlüklərlə yanaşı, cari depozit üzrə, hesablanan faizləri saxlamaqla, maliyyə məsələlərini həll etmək məqsədilə, sərfəli şərtlərlə kredit xəttini açamaq mümkündür”.