Amerikalı müğınni Ledi Qaqa kosmosda çıxış edən ilk müğənni olacaq. Bu barədə “Us Weekly” jurnalı məlumat yayıb.
2015-ci ildə “Virgin Galactic” şirkətinin kosmik gəmisində kosmosa yollanacaq və bir mahnı ifa edəcək. Bu mahnı Nyu-Meksiko ştatında keçiriləcək “Zero G Colony” festivalında yayımlanacaq. Müğənni özünün «Twitter» səhifəsində noyabrın 10-da - «Artpop» adlı yeni albomu çıxdıqdan sonra kosmosa səfəri ilə bağlı ətraflı açıqlama verəcəyini vəd edib.
“Virgin Group”a daxil olan “Virgin Galactic” şirkəti turizm məqsədli suborbital və kosmik uçuşlar, eləcə də kiçik süni peyklərin buraxılmasını planlaşdırır. Bir biletin qiyməti $250 min təşkil edir. Bu günə qədər 450-dən çox insan kosmosa uçmaq üçün müraciət edib.