2013-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1% bahalaşıb, yükdaşıma tarifləri 3,4% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Oktyabrda dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,4% ucuzlaşıb, tranzit üzrə 4,0%, ixrac və idxal üzrə isə 0,2% bahalaşıb.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,4% ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,2% və 2,2% bahalaşıb.
Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 5,5% ucuzlaşma müşahidə edilib.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 6,4% ucuzlaşıb.