Azərbaycanın mərkəzi regionunda məişət zəminində baş verən münaqişə ailə faciəsinə səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Hacıqabul şəhər Polis Şöbəsindən məlumat verilib.
İlkin məlumatlara görə, bir gün əvvəl Abdulabad kənd sakini Əlisahib Dəmirov həyat yoldaşı, 1964-cü il təvəllüdlü Kafiyə İsmayılovanı ov tüfəngi ilə güllələyib, daha sonra həmin silahla özünü vurub və qan itkisindən dünyasını dəyişib. Onların cəsədlərini aşkar edən yaxınları baş verənlər barədə polisə məlumat veriblər. Operativ istintaq qrupu hadisə yerinə gəlib.
Mərhumların cəsədləri məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya şöbəsinə göndərilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.