2013-cü il oktyabrın 1-nə Azərbaycanda kommersiya banklarının daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli (o cümlədən ipoteka kreditləri üzrə) 848,5 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2013-cü il yanvarın 1-nə bankların belə kreditlər üzrə portfeli 703,7 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-sentyabr aylarında bankların qeyd olunan kreditlər üzrə portfeli 20,6% artıb.
Bununla yanaşı, sentyabr ayında banklar daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli 1,3% artırıblar.
Bankların ümumi kredit portfelinin 5,7%-i daşınmaz əmlakın tikintisi və alışı üzrə əqdlərin kreditləşdirilməsinin payına düşür, bu isə 2012-ci ilin yekunları üzrə göstəriciyə uyğundur.