Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton cümə günü səhər Cenevrədə beynəlxalq vasitəçi rolunu oynayan “altılıq” ölkələri ilə məsləhətləşmələr aparacaq, sonra isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.
AB-nin ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib ki, K.Eşton səhər yeməyi zamanı “altılığın” tərkibinə daxil olan (BMT TŞ-nin beş daimi üzvü və Almaniya - İF) yüksək rütbəli diplomatlarla mövqeləri müzakirə edəcək.
Onun sözlərinə görə, K.Eşton “bır sıra məsələləri müzakirə etmək” üçün yenidən İranın XİN başçısı ilə görüşəcək. “Altılıq” və İran nümayəndə heyəti arasında ölkənin nüvə probleminin nizamlanmasına dair bir gün öncə başlayan danışıqlar cümə günü davam edəcək.