2030-cu ilə qədər olan dövrü əhatə edən Böyük Bakının regional inkişaf planının layihəsi Nazirlər Kabinetində nəzərdən keçirilir. Bu barədə cümə günü jurnalistlərə Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov məlumat verib.
Onun sözlərinə görə, planın layihəsi bütün nazirliklərlə razılaşdırılıb.
“İndi iş hökumət rəhbərliyindən asılıdır. Layihəyə dair qərar qəbul olunarsa, biz Nazirlər Kabinetində təqdimat keçirəcəyik. Əgər layihə qənaətbəxş hesab olunarsa, onda bir neçə aydan sonra icra hakimiyyətlərinə təhvil verilməsi üçün hazırlanacaq. Çünki layihənin əsas benefisiarları Bakının, Sumqayıtın və Abşeron rayonunun icra hakimiyyətləridir”, - deyə D.Dövlətxanov qeyd edib.