SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti dövründə (2009-2013-cü illər) 23829,7 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Bunun 22347,6 kilometri regionların, 1299,4 kilometri Bakı şəhərinin, 182,7 kilometri isə magistral qaz kəmərlərinin payına düşür.
Həmin müddətdə 7144,2 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. Təmir edilmiş qaz kəmərlərinin 2984,9 kilometri regionların, 4017,7 kilometri Bakı şəhərinin, 141,6 kilometri isə magistral qaz kəmərlərinin payına düşüb.
2013-cü ilin 10 ayı ərzində ölkə üzrə 7672 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 1190,3 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb.