Azərbaycanda fəaliyyət göstərən banklar 2013-cü ilin yanvar-sentyabr aylarında filialların sayını 4,3% - 683-ə qədər artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
2013-cü il sentyabrın 30-na Azərbaycanda dövlət kapitalı ilə 1 bank və 42 kommersiya bankı fəaliyyət göstərib.
Dövlət kapitalının iştirakı ilə fəaliyyət göstərən bankların sayı 36 (azalma 2,7%), özəl bankların sayı 647 (artım 4,7%) təşkil edir.
Ümumilikdə respublikada fəaliyyət göstərən 39 bankın filialları var.
2013-cü il oktyabrın 1-nə bankların 136 şöbəsi fəaliyyət göstərir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 13,9% azdır.
AMB-nin məlumatına görə, cari ilin 9 ayı ərzində Azərbaycan kredit təşkilatlarının xaricdəki törəmə banklarının sayı 2-dən 3-ə, nümayəndəliklərinin sayı 6-dan 7-yə qədər artıb.