Nyu-Yorkda yaşayan dörd iranlı musiqiçi Bruklindəki evdə güllələnib. Bu barədə yerli polis məlumat verib.
BBC-nin məlumatına əsasən, musiqiçilərdən biri Rafi Əkbər üç nəfəri, daha sonra isə özünü güllələyib. Ölənlərdən ikisi “Yellow Dogs” rok qrupunun musiqiçiləridir.
Yerli hakimiyyət orqanlarının verdiyi xəbərə görə, hadisə zamanı daha bir nəfər yaralanıb, lakin onun vəziyyəti sabitdir.
“Yellow Dogs” qrupunun meneceri bildirib ki, atəş açan şəxs qrupda baş vermiş münaqişə səbəbindən bir neçə ay idi ki, öz həmkarları ilə küsülü idi.