Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Lənkəran rayonunda narkotik alveri ilə məşğul olan Bakı sakinini saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu çərşənbə axşamı məlumat verir.
50 yaşlı qadının üzərindən 720 qram heroin aşkarlanaraq götürülüb.
İstintaqa verdiyi ilkin ifadəsində qadın narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirib.
O, əvvəllər də məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.