Mərkəzi Seçki Komissiyası (MSK) IV çağırış Milli Məclisin deputatı Əli Əhmədovun səlahiyyətlərinə xitam verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın çərşənbə axşamı keçirilən iclasından məlumat verir.
Bu qərar Ə.Əhmədovun baş nazirin müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar qəbul edilib.
“Ə.Əhmədovun Milli Məclisdəki fəaliyyəti ölkə qanunvericiliyinə müvafiq olaraq dayandırılıb. Bununla yanaşı, Ə.Əhmədov baş nazirin müavini vəzifəsinə seçilməsini əsas gətirərək özü şəxsən MSK-ya analoji təkliflə müraciət edib”, - deyə MSK-nın katibi Arifə Muxtarova iclasda bildirib.