Dekabrın 6-da Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində ilk dəfə Kolumbiyanın “Yurgaki” qrupu çıxış edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Qrup paytaxt tamaşaçılarına “Su altında nəfəs almanın üç yeni forması” adlı proqramı təqdim edəcək.
Qastrol Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Kolumbiya Xarici İşlər Nazirliyinin və Kolumbiyanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq.