SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Azərbaycanın və Bakının bir sıra rayonlarında qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan Şirvan şəhərinin bir hissəsinə, saat 10:00-dan 12:00-dək Ağsu, Goranboy və Şəmkir rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, saat 11:00-dan 3 gün müddətində Şamaxı rayonunun Hacılı, Qızmeydan, Əhmədli kəndlərinə və Qobustan rayonunun Hilmilli kəndinə, saat 11:00-dan 17:00-dək Şabran rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranıb.
Saat 12:00-dan 14:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Tovuz rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.