Noyabrın 12-də Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
Görüş zamanı təhsil sahəsində davamlı inkişafın dəstəklənməsi, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
İSESKO-nun baş direktoru 8-12 noyabr tarixlərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam dünyasında uşaqlar və urbanizasiya problemləri” mövzusuna həsr olunmuş IV konfransı çərçivəsində Bakıda səfərdədir.