2013-cü il oktyabrın 1-nə Azərbaycanda pensiyaların orta məbləği 187,6 manat təşkil edir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatında deyilir.
Oktyabrın 1-nə Azərbaycanda 1 mln. 274,342 min nəfər əmək pensiyası alır.
Əmək pensiyası alan şəxslərin 39,5%-i kişilərdən, 60,5%-i isə qadınlardan ibarətdir. Onlardan 62,2%-i yaşa görə, 27,1%-i əlilliyə görə, 10,7%-i ailə başçısını itirməyə görə əmək pensiyası alır.