Avtomobil qaçırmış Türkmənistan vətəndaşı Bakı polisi tərəfindən saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da paytaxt sakini Fərhad Tağıyevə məxsus “VAZ-2107” markalı avtomaşını qaçıran Adil Yusifov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.