Gürcüstan vətəndaşı Araz Əmirov Bakının Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində bədbəxt hadisə nəticəsində həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Ehtiyatsızlıq nəticəsində fərdi evin damından yıxılan A.Əmirov ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.