"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı regionlarda filial şəbəkəsini genişləndirir. Bu barədə təşkilatın məlumatında deyilir.
"FINCA Azerbaijan" İsmayıllıda filialını və Qobustanda sub-ofisini açıb.
Hər iki ofis müştərilərə kiçik və orta sahibkarlığı inkişaf etdirmək üçün 50-100 min ABŞ dolları məbləğinə qədər kredit məhsulları təklif edir.
“FINCA Azerbaijan” 1998-ci ildə təsis edilib və Azərbaycanda mikromaliyyə bazarının liderlərindən biridir. Təşkilatın kredit portfeli təxminən $150 mln. təşkil edir.