Bakıda “PAŞA Bank”ın yeni biznes mərkəzi fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında deyilir.
Mərkəzin fəaliyyəti kiçik biznes nümayəndələri ilə işə yönəldilib.
“PAŞA Bank”ın İdarə Heyətinin üzvü, investisiyalar üzrə baş direktor Taleh Kazımovun sözlərinə görə, bankın yeni biznes mərkəzinin açılmasında başlıca məqsəd dünyada biznes-bankinq kimi məlum olan kiçik bizneslərin maliyyələşdirilməsi üzrə yeni konsepsiyanın Azərbaycanda inkişaf etdirilməsidir.
İlin sonuna qədər bank daha 2 və növbəti ildə ən azı 2 analoji mərkəz açmağı planlaşdırır.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “Pasha Holding”in strukturuna daxildir.