Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində “Lada” markalı avtomobil “Mercedes” markalı avtomobili vuraraq “HOWO” markalı yük maşınının qarşısına atıb.
Hadisə nəticəsində “Lada”nın bir sərnişini hadisə yerində həlak olub, digər sərnişin və minik maşınlarının sürücüləri Sabirabad Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.