Azərbaycanda informasiya texnologiyaları ilə məşğul olan şirkətlər intellektual parkinq sistemi hazırlayır.
“Biz cənab prezident İlham Əliyevə təqdim edilmiş “ASAN parkinq” (mobil rabitə vasitəsi ilə parkinq - İF-Az) layihəsi üzərində işləyirik. Bu, intellektual parkinq sistemidir”, - deyə Estoniya-Azərbaycan Ticarət Palatasının rəhbəri, “BEST Solutions” şirkətinin təsisçisi Yana Krimpe “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu layihənin məqsədi şəhər küçələrində nizam-intizam yaratmaqdır.
“Bu sistem Amerikanın, Rusiyanın və digər dövlətlərin şəhərlərində artıq özünü doğruldub. Əgər nəzarət sistemi, parkinq sisteminə planlı yanaşma olmazsa, biz bundan sonra da tıxaclarda qalmalı olacağıq”, - deyə o qeyd edib.
Y.Krimpe söyləyib ki, şirkət innovasiya texnologiyalarının gündəlik həyatda tətbiqi üzrə bir sıra dövlət qurumları ilə fəal əməkdaşlıq edir.
Müsahibənin tam mətni ilə http://interfax.az saytında tanış ola bilərsiniz.