Təhsil Nazirliyi tərəfindən Samuxda fəaliyyət göstərən məktəblərə 61 ədəd kompüter dəsti, 500-ə yaxın bərk və yumşaq inventar verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Samux rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov məlumat verib.
“Yeni tikilmiş məktəblər komüterlə tam təmin olunub və 25 məktəb internetə qoşulub. Bu il Təhsil Nazirliyi tərəfindən 3 məktəbə kimya, fizika və biologiya fənləri üzrə laboratoriyalar da verilib”, - deyə şöbə müdiri qeyd edib.