Kanadanın “OZ Optics Limited” şirkəti öz məhsullarını Azərbaycana tədarük etməkdə maraqlıdır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
“OZ Optics Limited” optik-lif komponentlərin, smaq avadanlığının və optik-lif sensorlarının istehsalı ilə məşğul olur.
“Məhsullarının Azərbaycan bazarına cıxarılmasında maraqlı olan "OZ Optics Limited" şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərə əməkdaşlıq təklif edir”, - deyə məlumatda vurğulanır.
“OZ Optics Limited” şirkəti 1985-ci ildə təsis edilib, mənzil-qərargahı Ottava şəhərində yerləşir.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.