2013-cü ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyi 59,837 min vergi ödəyicisi qeydiyyata alıb. Bu barədə nazirliyin saytında məlumat verilir.
10 ay ərzində 29,777 min vergi ödəyicisi (49,8%) elektron formada qeydiyyatdan keçib.
1 noyabr 2013-cü il tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 529 min 313 təşkil edir ki, bu da 1 noyabr 2012-ci il tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,1% çoxdur.
Cari ilin yanvar-oktyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4% təşkil edib.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 3 gün ərzində həyata keçirilir.
2012-ci ildə Vergilər Nazirliyi 72,263 min vergi ödəyicisini qeydiyyata alıb.