“ASK Biznes Konsaltinq” MMC və İtaliyanın “MADE S.p.A.” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının məlumatında deyilir.
Sənədi “ASK Biznes Konsaltinq” MMC-nin direktoru Faiq Səmədov və “MADE S.p.A.” şirkətinin prezidenti Guiseppe Massascusa imzalayıblar.
G.Massascusa məlumat verib ki, “MADE S.p.A.” şirkəti tikinti sahəsində hər cür iş görmək imkanına malikdir və Azərbaycanda layihələr həyata keçirməyə hazırdır.
"ASK Biznes Konsaltinq" Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təsis edilib.