"Mercury İnvestment and Holdings Ltd" şirkəti Azərbaycanda $70 mln. məbləğində istiqraz buraxmağı planlaşdırır. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin saytında yerləşdirilmiş məlumatda deyilir.
QKDK noyabrın 15-də şirkətin istiqrazlarının emissiya prospektini qeydiyata alıb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $100 olan 700 min ədəd təmin edilməmiş istiqraza bölünüb.
İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.