ABŞ-ın Orta Qərb ştatlarında baş vermiş güclü tufan nəticəsində altı nəfər həlak olub. Bu barədə bazar etəsi BBC telekanalı məlumat verir.
Məlumata əsasən, həlak olanların hamısı İllinoys ştatının sakinləridir. Onlarla insan yaralanıb, sakinlərin bir çoxu evlərinin zirzəmilərində qalıb.
Güclü tufan maşınları aşırıb, binalar zədələnib.
Daha əvvəl şahidlər tennis topu boyda dolu yağması barədə məlumat vermişdilər.
Meteoroloqlar qeyd ediblər ki, Miçiqan, Ohayo, Kentukki, İndiana və İllinoys ştatlarında tufan xüsusilə güclü olub.
Onların fikrincə, pis hava şəraitindən 53 mln. nəfər zərər çəkə bilər.