Qax rayonu ərazisində bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnterfaks-Azərbaycan agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 86-cı kilometrliyində, Qax rayonunun Cəlayer kəndi ərazisində “VAZ-21099” və "Volkswagen” markalı avtomobillər toqquşub. Qəza nətcəsində “Lada” aşıb, digər avtomobil isə ağaca çırpılıb. "Volkswagen"də olan sərnişin - sürücünün həyat yoldaşı hadisə yerində ölüb. Hər iki avtomobilin sürücüləri və avtomobillərdən birində olan üç yaşlı oğlan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.