Azərbaycanın şimal regionunda baş vermiş yol qəzasında iki nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Xaçmaz Rayon Polis Şöbəsindən məlumat verilib.
Xaçmaz rayonunun Ağaşirinoba kəndində “Qaz-24” markalı avtomobil idarəetməni itirərək “Xan arxı” kanalına düşüb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri batmış avtomobildən 17 km məsafədə sürücünün və sərnişinin cəsədlərini taparaq sudan çıxarıblar.
Faktla bağlı araşdırma aparılır.