Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2013-cü il noyabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 mln. 603,258 minə çatıb. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
Onların 1 mln. 584,076 mini əhali, 19,182 mini isə qeyri-əhali sektoruna aiddir.
Abonentlərin 688,675 mini Bakı şəhərinin (678,783 mini əhali, 9,892 mini qeyri-əhali) payına düşür.
Əhali abonentlərinin mənzillərində 803 min ədəd “smart-kart” tipli sayğac quraşdırılıb.