Norveç Nobel Komitəsi 2014-cü il üçün Nobel Mükafatına Azərbaycandan müvafiq sahələr üzrə namizədlərin seçilməsini təklif edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Elmlər Akademiyasının mətbuat xidmətindən məlumat verilib.
Namizədlər 1 fevral 2014-cü il tarixinədək Norveç Nobel Komitəsinə təqdim olunmalıdır.
Bu mükafat ənənəvi olaraq dünyada sülh və əmin-amanlıq uğrunda mübarizə aparmış şəxslərə və ya təşkilatlara təqdim edilir.
Mükafata parlament və hökumət, həmçinin beynəlxalq məhkəmə üzvləri, universitet rəhbərləri, sosial elmlər, tarix, fəlsəfə, hüquq və teologiya üzrə professorlar, tədqiqat institutları və digərləri təklif irəli sürmək hüququna malikdirlər. Nobel Mükafatına, həmçinin institut və assosiasiyalar da layiq görülə bilər.