Ukrayna-Azərbaycan Prezidentlər Şurasının bazar ertəsi Kiyevdə keçiriləcək dördüncü iclası ölkələr arasında səmərəli əməkaşlığın möhkəmlənməsinə və gələcək inkişafına xidmət etməlidir. Bu barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib.
“Bugünkü Prezidentlər Şurası qarşlıqlı münasibətlərimizin möhkəmlənməsi yolunda yeni addımdır. Həm siyasi, həm energetika, həm də iqtisadi istiqamətlərdə artıq yaxşı nəticələr və perspektivlər mövcuddur”, - deyə İ.Əliyev bazar ertəsi Kiyevdə geniş tərkibli danışıqlar zamanı bildirib.
O vurğulayıb ki, “Ukrayna Azərbaycanın dostu və tərəfdaşıdır, Ukrayna güvənilə biləcək ölkə, etibarlı tərəfdaşdır”.
Azərbaycanın dövlət başçısı prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrikə görə ukraynalı həmkarına minnətdarlığını bildirərək qeyd edib ki, Viktor Yanukoviç nəticələr elan edildikdən sonra ona ilk zəng vuran dövlət liderlərindən biridir. “Bu, bizim münasibətlərimizin, əməkdaşlığımızın göstəricisidir. Mən münasibətlərimizi və dostluğumuzu yüksək qiymətləndirirəm”, - deyə İ.Əliyev bildirib.
“Əminəm ki, sizin rəhbərliyiniz altında Ukrayna quruculuq, suverenliyinin möhkəmləndirilməsi, vacib sosial, infrastruktur və iqtisadi məsələlərin həlli yolu ilə gedəcək”,- deyə İ.Əliyev söyləyib.
“Biz sizin dostlarınız olaraq buna çox şadıq və öz tərəfimizdən münasibətlərimizin daha da dolğunlaşması üçün səy göstəririk”, - deyə İ.Əliyev əlavə edib.
Azərbaycan prezidenti noyabrın 17-18-də Kiyevdə rəsmi səfərdədir.