Rəsmi Bakı Azərbaycanın xaricdəki diplomatik missiyalarına tanınmış ispaniyalı tenor Plasido Dominqonun oğlunun işğal edilmiş Dağlıq Qarabağa qanunsuz səfər etməsi barədə məlumatı araşdırmaq barədə göstəriş verib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
“Xankəndidə keçirilmiş konsertdə P.Dominqonun iştirakı barədə məlumat təsdiq olunarsa, o, Azərbaycanda “arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək”, - deyə E.Abdullayevə ATV kanalına söyləyib.
“İşğal edilmiş Azərbaycan torpaqlarına qanunsuz səfər edən şəxslərə və onların adlarının respublika ərazisində "arzuolunmaz şəxslər" siyahısına salınmasına dair Azərbaycan hökumətinin mövqeyi birmənalıdır. Biz bu məsələyə çox ciddi və həssaslıqla yanaşırıq. Məlumatın araşdırılması ilə əlaqədar olaraq xaricdəki diplomatik missiyalarımıza müvafiq təlimatlar verilib. Ümid edirəm ki, qısa vaxt ərzində biz lazımi məlumatı əldə edəcəyik”, - deyə E.Abdullayev qeyd edib.