Ukrayna və Azərbaycanın Avropaya karbohidrogen nəqli məsələsində səylərini birləşdirmək üçün yaxşı perspektivləri var. Bu barədə Ukrayna prezidenti Viktor Yanukoviç bəyan edib.
“Energetika sahəsində qarşılıqlı münasibətlər prioritet məsələlərdən biridir və ölkələrimizin Avropa istiqamətində karbohidrogen nəqlində səylərini birləşdirməsi üçün hər cür şərait var”, - deyə V.Yanukoviç bazar ertəsi Kiyevdə Ukrayna-Azərbaycan danışıqları başa çatdıqdan sonra bildirib.
O, bu məsələdə qarşılıqlı əməkdaşlığın Ukrayna və Azərbaycanın Qara dəniz-Xəzər regionunda mövqelərinin möhkəmlənməsinə kömək edəcəyinə əmin olduğunu deyib.
V.Yanukoviç vurğulayıb ki, bu gün Ukrayna enerji daşıyıcılarını etibarlı şəkildə nəql edən ölkə, Azərbaycan isə onların etibarlı təchizatçısıdır.
Ukrayna prezidenti əlavə edib ki, bazar ertəsi Kiyevdə baş tutmuş danışıqlar zamanı tərəflər irimiqyaslı infrastriktur layihələrinin həyata keçirilməsi sahəsində səmərəli əməkdaşlıq imkanlarını müzakirə ediblər.