2013-cü ilin yanvar-sentyabr aylarında investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 56,5 mln. manat məbləğində investisiya qoyulub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 37,4% azdır. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir.
Hesabat dövründə səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 37 pul hərracında 32 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.
“Cari ilin yanvar-sentyabr aylarında respublika üzrə kiçik özəlləşdirmə formasında 530-dan çox müəssisə və obyekt, 510-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 510-a yaxın qeyri-yaşayış sahəsi, 470-ə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib”, - deyə məlumatda qeyd olunur.
2013-cü ilin 9 ayında komitəyə 5567 dövlət müəssisə və təşkilatları tərəfindən 2012-ci ilin yekununa görə «Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması» daxil olub.