Rusiya yaxın vaxtlarda Ermənistan və Azərbaycan rəhbərləri arasında birbaşa əlaqələrin bərpa olunacağına ümid edir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Ümid edirik ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan rəhbərləri arasında birbaşa əlaqələr bərpa olunacaq”, - deyə o, bazar ertəsi ermənistanlı həmkarı Edvard Nalbandyanla danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı qeyd edib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün lazımi şəraitin yaradılmasına hər cür kömək göstərəcək.
Bazar ertəsi məlum olub ki, İlham Əliyev və Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti raundu noyabrın 19-da Vyanada keçiriləcək.