Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 1 mlrd. 134 mln. 427,42 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Yanvar-oktyabr aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 807 mln. 784,07 min manat, aksizlər üzrə 68 mln. 32,35 min manat, yol vergisi üzrə 14 mln. 654,84 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 243 mln. 956,16 min manat məbləğində olub.
Xəbər verildiyi kimi, 2013-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,38 mlrd. manat həcmində proqnozlaşdırılır.