Azərbaycan Ordusunun hərbçisi minaya düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Cəbhə xəttində yerləşən “N” saylı hərbi hissənin giziri Qamət Nəsirov mina partlaması nəticəsində ağır xəsarət alıb.
Yaralı hospitala yerləşdirilib.