2013-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 84,791 min ədəd avtonəqliyyat vasitəsi idxal olunub ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 0,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 76,956 min ədəd sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Yanvar-oktyabr aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 6,408 min ədəd motorlu nəqliyyat vasitəsi, 737 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal edilib.
Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 690 ədəd motorlu nəqliyyat vasitəsi gətirilib.