2013-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 15 mlrd. 631,4 mln. manatlıq ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 8 mlrd. 94,2 mln. manatlıq ərzaq və 7 mlrd. 537,2 mln. manatlıq qeyri-ərzaq malları alıb. Alınmış analoji malların həcmi 2012-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə müvafiq olaraq 1,4% və 21,2% artıb.
Hesabat dövründə Azərbaycan əhalisinə 5 mlrd. 50,2 mln. manat məbləğində pullu xidmət göstərilib (artım 6,9%). Bununla yanaşı, 3 mlrd. 815,8 mln. manatlıq xidmət və ya bütün xidmətlərin 60,3%-i hüquqi şəxslər tərəfindən göstərilib (artım 5,4%).