Azərbaycan şirkətləri Pakistanda müəssisə və obyektlərin özəlləşdirilməsində iştirak etməyə dəvət olunub. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin saytında məlumat verilir.
Azərbaycan şirkətləri Pakistanın ağır sənaye, yeyinti sənayesi, bank, ticarət, tikinti və arxitektura, nəqliyyat və kommunikasiya, energetika, turizm, yüngül sənaye, təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi müəssisələrinin özəlləşdirilməsində iştirak edə bilər.